Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülhə nail olunmasına dəstək verməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bunu dekabrın 2-də Ermənistan–Aİ Əməkdaşlıq Şurasının 6-cı iclasından sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndəsi Kaya Kalas bildirib.
"Avropa İttifaqı tərəflərə bu məsələdə dəstək vermək üçün əlindən gələni edəcək", – deyə o əlavə edib.
Qeyd edilib ki, Vaşinqtonda avqust ayında Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar davam edən münaqişənin dayandırılması üçün əhəmiyyətlidir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
