Ankaradakı Prezident sarayında Azərbaycanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşü keçirilib.
“PostMedia” xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Kılıç özünün “X” hesabında məlumat verib.
Kılıçın sözlərinə görə, tərəflər Türkiyə–Azərbaycan ikitərəfli əlaqələrini, həmçinin Azərbaycanın Qarabağı “işğaldan azad etməsindən” sonra həyata keçirilən “bərpa və dirçəliş proseslərini” müzakirə ediblər.
“Regionda uzunmüddətli sülhün təmin olunması üçün bütün zəruri addımların atılmasının vacibliyini bir daha vurğuladıq. Həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən məmnunluğumuzu ifadə etdik”- deyə qeyd edib.
Azerbaycan Cumhurbaşkanı Özel Talimatlar Temsilcisi Sayın Halef Halefov ve beraberindeki heyeti Cumhurbaşkanlığı Külliyemizde ağırladık.
— Akif Çağatay Kılıç (@ackilic76) November 27, 2025
Görüşmede; Türkiye-Azerbaycan ikili ilişkileri, Karabağ’ın azatlığa kavuşması ile inşa ve ihya süreçlerini ele aldık. Bölgede kalıcı barışın… pic.twitter.com/Y7sDFAvX5o