Papuaşvili: "Ermənistan və Azərbaycan arasında sülh Cənubi Qafqazın təhlükəsizlik mənzərəsini dəyişir"
24-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh razılaşmasına nail olmaq Qara Dəniz regionu üçün tarixi imkanlar açır.
"PostMedia" cəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (PABSEC) 66-cı Baş Assambleyasında çıxış edən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili qeyd edib ki, sülh artıq əldə olunub və bu, Cənubi Qafqazın təhlükəsizlik mənzərəsini dəyişir, həmçinin bütün Qara Dəniz regionu üçün iqtisadi və əlaqə baxımından böyük potensial yaradır.
O, həmçinin Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayıb.