Qazaxıstan Ermənistan ərazisindən keçməklə Türkiyəyə yeni ticarət marşrutu açmağı nəzərdən keçirir.
"PostMedia" xəbər verir ki, bu barədə Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumanqarin cümə günü jurnalistlərə açıqlama verib.
Nazirin sözlərinə görə, Ermənistan üzərindən keçəcək yeni logistika xətti Astanaya Türkiyənin dəniz limanlarına birbaşa çıxış imkanı yaradacaq.
“Hazırda biz Azərbaycan üzərindən Gürcüstanın Qara dəniz limanlarına çıxırıq. Yeni marşrut isə Qazaxıstanı Naxçıvan vasitəsilə birbaşa Türkiyəyə, oradakı dəniz limanlarına bağlamağa imkan verəcək”, — deyə Jumanqarin bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda rəsmi səfərlə Qazaxıstandadır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
