N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin Rusiyada hərbi çağırış qaydalarını dəyişdi — çağırış ilboyu keçiriləcək

04-noyabr-2025
Türkan Nəbi
Putin Rusiyada hərbi çağırış qaydalarını dəyişdi — çağırış ilboyu keçiriləcək
Yazı Ölçüsü:
Rusiya prezidenti Vladimir Putin ölkədə ilboyu hərbi çağırışın keçirilməsini nəzərdə tutan qanunu imzalayıb.
"PostMedia" xəbər verir ki, sənəd rəsmi hüquqi aktlar portalında dərc olunub.
Yeni qanuna əsasən, 2026-cı ildən etibarən ehtiyatda olmayan vətəndaşların orduya çağırışı 1 yanvardan 31 dekabra qədər, yəni bütün təqvim ili boyunca həyata keçiriləcək.
Bununla belə, çağırışçıların hərbi hissələrə göndərilməsi əvvəlki kimi ildə iki dəfə baş tutacaq:
1 aprel – 15 iyul arası (yaz çağırışı)
1 oktyabr – 31 dekabr arası (payız çağırışı).
Qanun həmçinin elektron çağırış vərəqələri (повестка) ilə bağlı müddəti də dəyişir — artıq çağırışçı elektron bildiriş dərc olunduqdan sonra 30 gün ərzində hərbi komissarlığa gəlməlidir (əvvəllər bu müddət 20 gün idi). Bu bənd artıq qüvvəyə minib.
Xatırladaq ki, elektron çağırış sistemi 2023-cü ilin yazında təsdiqlənmiş, 2024-cü ilin noyabrında fəaliyyətə başlamışdı. Çağırışçının “Gosuslugi” portalında bildirişi görüb-görməməsindən asılı olmayaraq, sənəd dərcdən 7 gün sonra təhvil verilmiş sayılır.
Qanunun təşəbbüskarı, Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, bu dəyişikliklər yeni texnologiyalara uyğun çağırış sisteminin formalaşdırılması məqsədi daşıyır və həm hərbi komissarlıqların, həm də çağırışçıların işini asanlaşdıracaq.
O vurğulayıb ki, yeni sistem sayəsində gənclər “artıq yaz və payız çağırışını qorxu ilə gözləməyəcəklər”, çünki yoxlamalar və tibbi komissiyalar il ərzində tədricən aparılacaq.
Rusiyada hərbi xidmətə çağırılanlar 18–30 yaş arası kişilərdir.
Kateqoriyalar