Rusiya G20 sammitində Oreskinin rəhbərliyi ilə təmsil olunacaq
04-noyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin “G20” ölkələrinin liderlərinin sammitində Rusiya nümayəndə heyətinə prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkini rəhbər təyin edib.
"PostMedia" xəbər verir ki, məsələ ilə bağlı müvafiq sərəncam hüquqi informasiya portalında dərc olunub.
Sammit sentyabrın 20–24-də Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək.
Rusiya nümayəndə heyətinin tərkibinə həmçinin Prezidentin Ekspert İdarəsinin rəhbəri Denis Agafonov, onun müavini və G20 ölkələrinin liderləri ilə əlaqələr üzrə prezidentin nümayəndəsi Svetlana Lukaş, xarici işlər nazirinin müavini Aleksandr Pankin və maliyyə nazirinin müavini İvan Çebeskov daxildir.
Qeyd edək ki, daha əvvəl Finlandiya Prezidenti Aleksander Stubb Rusiya lideri ilə ABŞ Prezidenti Donald Trampın sammit çərçivəsində görüşə biləcəyini istisna etməyib. O, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin də tədbirdə iştirak edə və Putinlə görüşə biləcəyini qeyd edib.
Lakin Tramp daha sonra sammitə qatılmayacağını, onun əvəzinə ABŞ-ı vitse-prezident Cey Di Vensin təmsil edəcəyini bəyan edib.