Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyi Sammitində iştirak etməyə dəvət edib.
"PostMedia" xəbər verir ki, bu barədə Milli Məclisdə jurnalistlərin suallarını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib:
“Biz dəvətləri artıq təqdim etmişik. Hələlik sənəd formasında göndərilməyib, amma ən yüksək səviyyədə şifahi dəvət olunublar”.
Nazir “Gələcəklə bağlı münasibətləri necədir, gələcəklərmi?” sualına isə belə cavab verib:
“Bütün bunlar çox yeni proseslərdir və hələ bu mövzunu ətraflı müzakirə etmək üçün imkan da olmayıb”.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
