“Bildiyiniz kimi, Vaşinqton razılaşmaları çərçivəsində biz və Azərbaycan ATƏT sədrliyinə daxil olan ölkələrə birgə müraciət edərək bildirdik ki, ATƏT-in Minsk prosesi və Minsk Qrupunun strukturlarının fəaliyyətinin davam etdirilməsini artıq məqsədəuyğun hesab etmirik”.
"PostMedia" xəbər verir ki, bunu oktyabrın 27-də Milli Məclisdə “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazirin sözlərinə görə, bundan sonra ATƏT-də əməkdaşlıq üçün yeni istiqamətlər və proqramlar müəyyən etməyə çalışırlar:
“Biz iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər üzrə əməkdaşlıq imkanlarında maraqlıyıq”.