6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

2026-cı il seçkilərində Ermənistan xalqı sülhə sahib çıxmalıdır — Nikol Paşinyan

27-oktyabr-2025
2026-cı il seçkilərində Ermənistan xalqı sülhə sahib çıxmalıdır — Nikol Paşinyan
Yazı Ölçüsü:

2026-cı il sülh üçün həlledici olacaq, çünki iyun ayında növbəti parlament seçkiləri keçiriləcək və həmin seçkilərin mahiyyəti bir əsas suala dayanacaq.

"PostMedia" xəbər verir ki, bu barədə oktyabrın 27-də Milli Məclisdə “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan Respublikası xalqı öz seçimi ilə sülhə sahib çıxmalıdır. Bu, qarşıdakı seçkilərin əsas siyasi mənası və məqsədidir. Təkcə hökumətin yox, həm də tarixi və bütün digər baxış bucaqlarından yanaşdıqda da məsələ məhz belədir.

Yəni 2026-cı il parlament seçkilərinin əsas sualı və tələbi budur: Ermənistan xalqı öz seçimi ilə sülhü qorumalıdır. Əks halda, ölkə yenidən qarşıdurma və forpost məntiqinə qayıdacaq.

Vurğulamaq istəyirəm ki, sülhə sahib çıxmaqla Ermənistan xalqı öz müstəqilliyinin yeni səviyyəsinə, suverenliyinə və dövlətinə də sahib çıxmış olacaq”, — deyə Paşinyan qeyd edib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031