6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: "Bu gündən etibarən Türkiyə ilə Azərbaycan arasında yüklərin Ermənistan üzərindən tranziti mümkündür"

22-oktyabr-2025
Paşinyan: "Bu gündən etibarən Türkiyə ilə Azərbaycan arasında yüklərin Ermənistan üzərindən tranziti mümkündür"
Yazı Ölçüsü:
Ermənistan Türkiyədən Azərbaycana və əks istiqamətdə yük avtomobillərinin tranzitini təmin etməyə siyasi və texniki cəhətdən tam hazırdır.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən "İpək Yolu Foirumu"nda çıxışı zamanı deyib.
“Biz təkcə siyasi deyil, həm də texniki baxımdan bu gündən etibarən Türkiyədən Azərbaycana və geriyə, Marqara–Yeğeqnadzor–Sisian–Qoris marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırıq".
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlamışdı. Bu qərar regionda nəqliyyat əlaqələrinin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031