N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya XİN Putin və Trampın görüşünün ləğvi ilə bağlı məlumatlara münasibət bildirib

21-oktyabr-2025
Admin
Rusiya XİN Putin və Trampın görüşünün ləğvi ilə bağlı məlumatlara münasibət bildirib
Yazı Ölçüsü:


Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinlə və ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün ləğv olunması ilə bağlı məsələni şərh edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Kp.ru" saytına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.

O, yayılan xəbərləri “müharibə partiyasının informasiya şousu” adlandırıb.
“Bu, müharibə partiyasının əsl informasiya bərbadlığıdır”, — deyə o bildirib.
Bundan əvvəl "NBC News"un jurnalisti Garrett Heyk "Ağ Ev"in yüksək vəzifəli rəsmisinə istinadən ABŞ və Rusiya prezidentlərinin Budapeştdə keçirilməsi planlaşdırılan sammitinə hazırlıqların dayandırılıması barədə xəbər yayıb. 
Mənbənin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən telefon danışığı məhsuldar keçib, lakin Donald Tramp hesab edir ki, tərəflər danışıqları davam etdirmək üçün kifayət qədər hazır deyil.
"Reuters" isə yazıb ki, Ukrayna ilə bağlı atəşkəs məsələsində Rusiyanın mövqeyi Vladimir Putin və Donald Tramp arasında planlaşdırılan sammiti təhlükə altına qoyub.

Kateqoriyalar