"The New York Times" - Azərbaycan Qəzzaya sülhməramlı göndərir
21-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Qəzza üçün göndərilməsi nəzərdə tutulan sülhməramlıların sırasında Azərbaycan hərbçiləri də olacaq.
"PostMedia" xəbər verir ki, bunu "The New York Times" öz mənbəsinə istinadən yayıb.
Lakin mənbələr bildirir ki, bəzi dövlətlər hələlik bu missiyaya qoşulmaqda tərəddüd edirlər, çünki qüvvələrin mandatı və vəzifələri tam aydın deyil: "Əsas narahatlıq ondan ibarətdir ki, həmin qüvvələr İsrail əvəzinə HƏMAS-la toqquşmalara məcbur ola bilərlər" .
Məlumata görə, ABŞ bu qüvvələrin yerləşdirilməsi üzərində plan hazırlayır. Təxminən 4 min əsgərdən ibarət olacaq kontingent ağır silah daşımayacaq və BMT mandatı altında fəaliyyət göstərməyəcək. Onların əsas missiyası tibbi yardım, infrastrukturun bərpası və dağıntılar altındakı cəsədlərin çıxarılması olacaq.
Xatırladaq ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında sülh planının ilk mərhələsi barədə razılıq əldə olunduğunu açıqlayıb.