6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Hindistan Əfqanıstanda səfirlik açır

21-oktyabr-2025
Hindistan Əfqanıstanda səfirlik açır
Yazı Ölçüsü:

Hindistan hökuməti Əfqanıstandakı diplomatik missiyasını rəsmi olaraq səfirlik səviyyəsinə qaldırdığını açıqlayıb.

PostMedia” xəbər verir ki, bu barədə “Live Hindustan” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Kabildə fəaliyyət göstərən texniki missiya bundan sonra Hindistanın tamhüquqlu səfirliyi statusu ilə fəaliyyət göstərəcək.

Qərar dərhal qüvvəyə minib.

Bu addım, Əfqanıstanın “Taliban” hökumətinin xarici işlər naziri Amir Xan Muttəqinin 2025-ci il 9–15 oktyabr tarixlərində Hindistana rəsmi səfərindən sonra qəbul edilib.

2021-ci ilin avqustunda “Taliban” hakimiyyətə gəldikdən sonra Hindistan Kabildəki səfirliyini bağlamış, 2022-ci ilin iyunundan isə şəhərdə yalnız məhdud heyətli texniki missiya saxlamışdı.

Diplomatik səviyyənin qaldırılması Nyu-Dehlinin Əfqanıstanla əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərir. Bu əməkdaşlığa humanitar yardım, infrastrukturun inkişafı, tikinti və sosial layihələrin genişləndirilməsi daxildir.

Eyni zamanda Hindistan vurğulayıb ki, səfirliyin statusunun dəyişməsi “Taliban” rejiminin rəsmi tanınması anlamına gəlmir. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, bu qərar “qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində Hindistanın qətiyyətini əks etdirir”.

Mənbələr bildirirlər ki, qərarın qəbulunda əsas amillər qonşu ölkələrin artan təsiri, regionda sabitliyin qorunması zərurəti və Hindistanın diplomatik təsir dairəsinin genişləndirilməsi kimi strateji maraqlarla bağlıdır.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031