6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır

21-oktyabr-2025
Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır
Yazı Ölçüsü:

Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin ölkə ərazisindən Ermənistana yük tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan “Facebook” səhifəsində yazıb.

“Bu addım regionda kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında sülhün institusional əsaslarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Addım həmçinin Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğundur”, – deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Prezident İlham Əliyev Azərbaycanın ərazisi vasitəsilə Ermənistana göndərilən yüklərin tranzitinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığını bəyan etmişdi.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031