6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya: Lavrov və Rubio Putin-Tramp görüşü ərəfəsində “konstruktiv” danışıq aparıb

20-oktyabr-2025
Rusiya: Lavrov və Rubio Putin-Tramp görüşü ərəfəsində “konstruktiv” danışıq aparıb
Yazı Ölçüsü:
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio prezidentlər Vladimir Putin və Donald Tramp arasında planlaşdırılan görüşə hazırlıq məqsədilə telefon danışığı aparıblar.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, söhbət “konstruktiv” atmosferdə keçib.
Xatırladaq ki, Putin və Tramp ötən həftə telefon əlaqəsi zamanı bu il ikinci dəfə Budapeştdə görüşmək barədə razılığa gəliblər. Bunun ardınca tərəflər Lavrov və Rubioya sammitin detalları üzərində işləmək tapşırığı verib.
Rusiya XİN-in qısa açıqlamasında deyilir ki, danışıqlarda 16 oktyabr tarixli Putin-Tramp telefon danışığında əldə edilən razılaşmaların icrası üçün konkret addımlar müzakirə olunub. Nazirlik əlavə məlumat verməyib.
Moskva bəyan edib ki, qarşıdakı sammitdə Ukraynada mümkün sülh razılaşması və Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması yolları əsas mövzulardan olacaq.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031