Mən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımı yeni başa vurmuşam və bu danışıqlar çox məhsuldar keçdi.
“PostMedia” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə 2 saata qıdər davam edən telefon danışığından sonra X hesabında paylaşımda deyib.
Tramp qeyd edib ki, Putin onu təbrik edib:
“Prezident Putin ABŞ-ı və məni Yaxın Şərqdə Sülhün Böyük Nailiyyəti münasibətilə təbrik etdi və bunun əsrlərdir arzulanan bir məsələ olduğunu söylədi. Mən əslində inanıram ki, Yaxın Şərqdə əldə olunan bu uğur Rusiya/Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarımızda da bizə kömək edəcək.
Prezident Putin birinci xanım Melaniyanın uşaqlarla bağlı təşəbbüslərinə görə təşəkkürünü bildirdi. O, buna yüksək qiymət verdi və bunun davam edəcəyini qeyd etdi. Biz, həmçinin, Ukrayna müharibəsi bitdikdən sonra Rusiya və ABŞ arasında ticarət münasibətləri barədə də ətraflı danışdıq.
Zəngin sonunda qərara gəldik ki, yüksək səviyyəli müşavirlərimizin görüşü gələn həftə keçiriləcək. ABŞ-ın ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və adları sonradan açıqlanacaq digər şəxslər rəhbərlik edəcək. Görüş yerinin harada olacağı hələ müəyyənləşdirilməyib.
Bundan sonra Prezident Putinlə mən Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılacaq məkanda görüşəcəyik ki, Rusiya və Ukrayna arasında gedən bu “şərəfsiz” müharibəni dayandırmaq mümkün olub-olmadığını müzakirə edək.
Sabah mən Prezident Zelenski ilə Ağ Evdə görüşəcəyəm və orada Prezident Putinlə danışığımızı və digər mühüm məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, bu günkü telefon danışığı ilə böyük irəliləyiş əldə olundu”.
I have just concluded my telephone conversation with President Vladimir Putin, of Russia, and it was a very productive one. President Putin congratulated me and the United States on the Great Accomplishment of Peace in the Middle East, something that, he said, has been dreamed of…
— Trump Truth Social Posts On X (@TrumpTruthOnX) October 16, 2025