N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstan XİN ATƏT-ə etiraz notası göndərib

16-oktyabr-2025
Türkan Nəbi
Gürcüstan XİN ATƏT-ə etiraz notası göndərib
Yazı Ölçüsü:
Gürcüstanın Xarici İşlər Nazirliyi Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Gürcüstana səfəri ilə əlaqədar ATƏT-in katibliyinə etiraz notası göndərib.
"PostMedia" quruma istinadən xəbər verir ki, Finlandiyanın XİN rəhbəri Elina Valtonen 14 oktyabrda Gürcüstana səfəri zamanı Tbilisinin mərkəzində, Rustaveli prospektində keçirilən etiraz aksiyasına qatılıb və iştirakçılara dəstək ifadə edib.
Aksiyaya getməzdən əvvəl Valtonen Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşmüşdü
Oktyabrın 15-i səhəri üçün baş nazir ilə görüş planlaşdırılıb, lakin diplomatin “qanunsuz aksiya”da iştirakı və “yalan bəyanatların yayılması” səbəbindən Kobaxidze həmin görüşü ləğv edib.
Gürcüstan XİN tərəfindən ATƏT-in katibliyinə göndərilən notada qeyd olunur ki, rəsmi səfər proqramından kənara çıxaraq, nazir Elina Valtonen azsaylı anti-hökumət fəallarının təşkil etdiyi küçə aksiyasına qoşulub və Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bəyanat səsləndirib.
“Nazir Valtonenin reallığı əks etdirməyən açıq bəyanatı Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti qəsdən çaşdırmaq cəhdidir,” – deyə Gürcüstan XİN-in notasındа bildirilir.
Gürcüstan XİN-in fikrincə, bu hərəkətlər ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və sədr mandatından sui-istifadə kimi qiymətləndirilə bilər ki, bu da etimada və gözlənilən neytrallığa zərbə vurur.
“Qeyd olunan hərəkətlər beynəlxalq hüququn ümumtanınmış prinsipləri — o cümlədən, suverenliyə hörmət və daxili işlərə qarışmama — ilə uyğun gəlmir və bu, Helsinki Yekun Aktında, BMT-nin A/RES/20/213 qətnaməsində, ATƏT-in qaydaları və prosedurlarında əksini tapıb və Vyana Konvensiyasının diplomatik münasibətlər ruhuna ziddir,” – deyə Gürcüstan XİN-in notasındа vurğulanır.
Kateqoriyalar