6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Bu gün Putin Suriya Prezidenti ilə görüşəcək

15-oktyabr-2025
Bu gün Putin Suriya Prezidenti ilə görüşəcək
Yazı Ölçüsü:

Bu gün Rusiya Prezidenti Vladimir Putin işgüzar səfər çərçivəsində Moskvaya səfər edən Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirəcək.

"PostMedia" xəbər verir ki, bu barədə Kremlin Telegram kanalında məlumat verilib.

Bildirilib ki, liderlər Rusiya-Suriya əlaqələrinin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər. Həmçinin Yaxın Şərqdəki son hadisələr gündəmdə olacaq.

Çərşənbə axşamı məlumat verilmişdi ki, əş-Şaraa 15 oktyabrda Moskvaya gələcək.

Sentyabr ayında Suriya Respublikasının müvəqqəti prezidenti Moskvada keçiriləcək birinci Rusiya-Ərəb sammitində ölkə nümayəndə heyətinə rəhbərlik edəcək. Tədbirdə Yaxın Şərq və Şimali Afrikanın ərəb dövlətlərinin, eləcə də Ərəb Dövlətləri Liqasına daxil olan Şərqi Afrika ölkələrinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Sergey Lavrov Rusiya­nın Suriyada fəaliyyətini davam etdirməyə hazır olduğunu bəyan etmişdi.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031