N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ Meksikanın 50-dən çox tanınmış adamın vizsını ləğv edib

14-oktyabr-2025
Admin
ABŞ Meksikanın 50-dən çox tanınmış adamın vizsını ləğv edib
Yazı Ölçüsü:
ABŞ hökuməti narkokartellərə və onların ehtimal olunan siyasi tərəfdaşlarına qarşı Tramp administrasiyasının apardığı kampaniya çərçivəsində Meksikada ən azı 50 siyasi xadim və dövlət rəsmisinin vizasını ləğv edib, bunu The Guardian meksikalı rəsmilərə istinadən yazır.
"PostMedia" xəbər verir ki, bu addım ABŞ-a mütəmadi səfər edən Meksika siyasi elitası arasında səssiz narazılıq yaradıb. Bu, Vaşinqtonun narkotiklərlə mübarizə siyasətinin əhatəsinin genişləndirildiyini göstərir, çünki Tramp administrasiyası adətən diplomatik baxımdan “toxunulmaz” hesab olunan aktiv siyasətçiləri də hədəfə alır.
Hadisələrin yalnız az bir hissəsi ictimailəşib, lakin mənbələr bildirir ki, vizaların ləğvi əvvəl deyiləndən qat-qat daha geniş miqyasdadır. ABŞ-ın üç keçmiş səfiri qeyd edib ki, əvvəlki administrasiyalar da vizaları bu cür ləğv edib, lakin bu səviyyədə yox — bu isə Donald Trampın diplomatik vasitələri siyasi təzyiq alətinə çevirməkdən çəkinmədiyini göstərir. Meksikada ABŞ-ın keçmiş səfiri Toni Ueyn (2011–2015) bildirib:
“Tramp administrasiyası Meksikaya təzyiqi artırmaq üçün yeni üsullar tapır.”
Meksikalı yüksəkçinli məmur deyib ki, hakim Morena partiyasından 50-dən çox siyasətçi, eləcə də digər partiyalardan onlarla rəsmiyə qarşı vizaların ləğvi tətbiq olunub.
İndiyədək yalnız dörd nəfər vizalarının ləğv edildiyini açıq şəkildə təsdiqləyib. Onların arasında Baxa-Kaliforniya ştatının qubernatoru Marina del Pilar Avila da var. O, təşkil olunmuş cinayətkarlıqla hər hansı əlaqəni qəti şəkildə rədd edir.
Qeyd olunur ki, ABŞ vizanı ləğv etmək üçün rəsmi izahat vermək məcburiyyətində deyil və bunun üçün tələb olunan şərtlər sanksiyalar və ya cinayət işindən qat-qat aşağıdır.
Reuters-in sorğusuna cavab olaraq, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi belə deyib:
“Vizalar, o cümlədən xarici rəsmilərə verilən vizalar, Amerika milli maraqlarına zidd fəaliyyət olduqda istənilən vaxt ləğv edilə bilər.”
Tramp administrasiyası Meksikanın hazırkı hökuməti ilə “işgüzar münasibətlərə” malik olduğunu və “Amerika birinci” xarici siyasət kursunu davam etdirmək üçün ikitərəfli əlaqələrin inkişafını gözlədiyini bəyan edib.
Kateqoriyalar