Azərbaycan, Rusiya və İran Şimaldan – Barens və Baltik dənizlərindən – Fars körfəzinə qədər uzanan vahid logistika şəbəkəsinin formalaşdırılması istiqamətində əməkdaşlığı gücləndirir.
“PostMedia” xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli görüş zamanı bildirib. O vurğulayıb ki, məqsəd – Azərbaycanın da mühüm rol oynadığı vahid ticarət məkanında malların sərbəst dövriyyəsini təmin edən “bariyersiz logistika” sisteminin yaradılmasıdır.
Overçukun sözlərinə görə, bu təşəbbüs istehsalçılar, ixracatçılar və idxalçılar üçün ən əlverişli rəqabət mühiti formalaşdıracaq, regionda yeni iş yerlərinin açılmasına və iqtisadi artıma səbəb olacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
