Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Azərbaycanla münasibətlərdəki pis səhifə artıq geridə qalıb.
"PostMedia" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələrini şərh edərkən deyib.
V. Putin Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra ümidlərini dilə gətirib. "AZAL təyyarəsinin qəzasından sonrası yaranmış gərginliklə əlaqədar Azərbaycanla münasibətlərdəki “pis səhifə” tamamilə geridə qalıb. Biz bu barədə dünən Azərbaycan prezidenti ilə danışdıq. Mən çox ümid edirəm ki, bu səhifəni artıq çevirdik və irəli gedəcəyik. Heç bir çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcəyik və hər iki ölkənin böyük planlarını reallaşdıracağıq"– deyə Rusiya dövlət başçısı Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransında vurğulayıb.
O bildirib ki, emosiyalar Rusiya-Azərbaycan münasibətlərinin inkişafına mane olmamalıdır.
“Emosiyalar – əlbəttə, onsuz keçinmək mümkün deyil, amma onları həmişə elə saxlamaq lazımdır ki, işə və irəliləyişə mane olmasın".