N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: “Əminəm ki, yaxın zamanda ‘Tramp yolu’nu imzalayacağıq və ratifikasiya edəcəyik”

10-oktyabr-2025
Türkan Nəbi
Paşinyan: “Əminəm ki, yaxın zamanda ‘Tramp yolu’nu imzalayacağıq və ratifikasiya edəcəyik”
Yazı Ölçüsü:
“Uzunmüddətli münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu məmnunluqla qeyd etmək istəyirəm. Bu prosesin əsas təməl sənədi MDB-nin təsis sənədi olan 1991-ci il Almatı Bəyannaməsi olub.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Duşanbedə MDB Dövlət Başçıları Şurasının növbəti iclasında çıxışı zamanı deyib.
Paşinyan əlavə edib ki, bu il 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitindən sonra ABŞ Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə bir bəyannamə qəbul etdik. Orada qeyd olunur ki, BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycan keçmiş münaqişə ilə bağlı olmayan daha parlaq gələcəyə yönəlməyin zəruriliyini qəbul edir.
Ermənistan Baş naziri qeyd edib ki, TRIPP layihəsi Ermənistan üçün MDB üzvü Azərbaycan və digər MDB dövlətləri ilə dəmir yolu və digər nəqliyyat əlaqələri yaratmaq imkanı açır. Bu, şübhəsiz ki, MDB çərçivəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və təşkilatın effektivliyinin artırılmasına töhfə verəcək mühüm dəyişiklik və amildir. TRIPP layihəsi həmçinin MDB ölkələri üçün ixrac və idxal üçün yeni imkanlar açır.
Kateqoriyalar