6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: "Ermənistan “sülh üzərində qurulan” Dördüncü Respublika olacaq"

08-oktyabr-2025
Paşinyan: "Ermənistan “sülh üzərində qurulan” Dördüncü Respublika olacaq"
Yazı Ölçüsü:

Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının 7-ci qurultayında Dördüncü Respublikanın yaradılacağını elan edib.

"PostMedia" xəbər verir ki, bu məqsəd qurultayda qəbul edilən bəyannamədə təsbit olunub və hakim partiyanın əsas vəzifəsinə çevrilib.
Paşinyan özünün "Facebook" səhifəsində yayımladığı videomüraciətdə Dördüncü Respublikanın Üçüncüdən nə ilə fərqlənəcəyini izah edib. Onun sözlərinə görə, yeni respublika sülh prinsipləri üzərində qurulacaq, halbuki Üçüncü Respublika münaqişələr üzərində formalaşıb.
Baş nazir vurğulayıb ki, Dördüncü Respublikanın Konstitusiyası azad və şəffaf şəkildə qəbul ediləcək, onun legitimliyinə heç bir şübhə olmayacaq.
Paşinyanın sözlərinə görə, Üçüncü Respublika dövründə xalq hakimiyyəti formal xarakter daşıyırdı, lakin Dördüncü Respublika dövründə bu hakimiyyət aydın və mübahisəsiz olacaq:
“Üçüncü Respublika dövründə hakimiyyətin xalqa məxsusluğu nisbidir və formal idi, Dördüncü Respublika isə bu prinsipi dəqiq və danılmaz etməlidir,” – deyə Paşinyan əlavə edib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031