6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Fransa müdafiə naziri də istefa verdi

06-oktyabr-2025
Fransa müdafiə naziri də istefa verdi
Yazı Ölçüsü:

Fransa silahlı qüvvələr naziri təyin edilən keçmiş qqtisadiyyat və maliyyə naziri Bruno Le Maire vəzifəsindən imtina etdiyini açıqlayıb. "PostMedia" Fansa KİV-nə istinadən xəbə vei ki, bu qərar, həm müxalifətin tənqidləri, həm də Baş nazir Sebastian Lekornunun istefasından sonra verilib.

Le Maire X sosial şəbəkəsində yazıb ki, onun qərarı bəzi insanlar tərəfindən anlaşılmaz və həddindən artıq reaksiya ilə qarşılanıb.

O, vəzifəni “borc hissi” və “Fransaya xidmət etmək” məqsədilə qəbul etdiyini bildirib. “Bu şəraitdə bu səhər Respublikamızın Prezidentinə dərhal istefamı hökumətə təqdim etməyi və səlahiyyətlərimi baş nazirə ötürməyi təklif etdim. Prezident təklifimi qəbul etdi,” – deyə o əlavə edib. Le Maire ümid edir ki, onun istefası yeni hökumətin formalaşdırılması üzrə danışıqlara imkan yaradacaq.

Fransa Baş naziri Sebastian Lekornu yeni hökumətin açıqlanmasından bir gün sonra, müxalifətin tənqidləri fonunda Prezident Emmanuel Makrona istefa ərizəsi təqdim edib.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031