6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran milli valyutasını denominasiya etdi

05-oktyabr-2025
İran milli valyutasını denominasiya etdi
Yazı Ölçüsü:

Bu gün İran Parlamenti milli valyutadan dörd sıfırın silinməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

"PostMedia" "Tasnim"ə istindən xəbər verir ki, qanuna əsasən, yeni “rial” 10 min köhnə rial dəyərində olacaq və 100 “qəran”a bölünəcək. Bu qərarla “tümən” rəsmi pul vahidi, “qəran” isə onun 1/100 hissəsi kimi müəyyənləşdirilib.

İran Mərkəzi Bankının rəhbəri Məhəmmədrza Fərzin bildirib ki, bu addım inflyasiyanı azaltmaq üçün deyil, pul dövriyyəsini sadələşdirmək və hesablamaları oxunaqlı etmək məqsədi daşıyır.

O, qeyd edib ki, keçid dövrü maksimum üç il davam edəcək və bu müddətdə köhnə və yeni pullar eyni vaxtda dövriyyədə olacaq.

Yeni sistemə uyğun olaraq banknot və sikkələrin dizaynı yenilənəcək, bank proqramları və ödəniş sistemləri uyğunlaşdırılacaq. Fərzin vurğulayıb ki, bu dəyişiklik ölkədə illərlə davam edən inflyasiyanın nəticəsində yaranan şişirdilmiş rəqəmləri normallaşdıracaq.

Mütəxəssislər bildirirlər ki, sıfırların silinməsi yalnız texniki addımdır və inflyasiyanın azalması üçün əlavə iqtisadi islahatlar vacibdir. Yeni pul sistemi ilə İran iqtisadiyyatı rəsmi şəkildə “toman” dövrünə qədəm qoyur.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031