ABŞ-də Trampa Nobel Sülh Mükafatı verilməsi üçün kampaniya aparılır
03-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın köməkçiləri, o cümlədən xüsusi elçi Stiv Uitkoff və dövlət katibi Marko Rubio ona Nobel Sülh Mükafatı verilməsi üçün həm açıq, həm də qapalı şəkildə kampaniya aparırlar.
"PostMedia" "Bloomberg"ə istinadən xəbər verir ki,Trampın əsas tərəfdarları onun namizədliyini xarici həmkarları ilə şəxsi söhbətlərdə dəstəkləyirlər.
Xüsusən, Stiv Uitkoff Avropa tərəfdaşları ilə Trampın mükafata layiq görülməsi barədə müzakirələr aparıb, Marko Rubio isə müttəfiqləri inandırmaq üçün bu prosesə cəlb olunub.
Bloomberg qeyd edir ki, bu kampaniya Nobel Komitəsinin yerləşdiyi Norveçdə narahatlıq yaradıb. Yerli siyasətçilər Trampın mükafat almadığı halda onun mənfi reaksiyasından ehtiyat edirlər.