6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan Trampla telefonla danışıb

03-oktyabr-2025
Ərdoğan Trampla telefonla danışıb
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

PostMediaTürkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, söhbət zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər və Qəzzədəki vəziyyət müzakirə olunub.

Ərdoğan söhbət zamanı Vaşinqtona edilən səfərin Türkiyə–ABŞ münasibətlərini daha da möhkəmləndirdiyini bildirib. O, xüsusilə müdafiə sənayesi başda olmaqla bütün sahələrdə əməkdaşlığı gücləndirəcək addımların atılmasının vacibliyini qeyd edib.

Açıqlamada qeyd olunub ki, Türkiyə Qəzzə başda olmaqla regionun bütövlükdə sülh və sabitliyi üçün intensiv səylər göstərir. Prezident Ərdoğan bu istiqamətdə atılan təşəbbüsləri məmnunluqla qarşıladığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin sülh naminə diplomatik təmaslarını sürətləndirdiyini və qlobal sülh viziyasına töhfə verməyə davam edəcəyini vurğulayıb. O, İsrailin hücumlarını dayandırmasının bölgədə sülhün təmin olunmasına yönəlik təşəbbüslərin uğuru üçün həyati əhəmiyyət daşıdığını da diqqətə çatdırıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031