N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ramzan Kadırov özünə qarşı çıxan generalı “şərəfsiz alçaq” adlandırıb

03-oktyabr-2025
Turan Hüseynli
Ramzan Kadırov özünə qarşı çıxan generalı “şərəfsiz alçaq” adlandırıb
Yazı Ölçüsü:

Çeçenistan rəhbəri Ramzan Kadırov general Vladimir Şamanovun tribunal qarşısına çıxarılmasını tələb edib.

”PostMedia” Ruaiya KİV-lərinə istinadən xəbəe verir ki, Kadırov, keçmişdə Çeçenistandakı Rusiya qoşunlarının komandanı olmuş general-polkovnik Şamanovu “çecen xalqına qarşı amansızlıq göstərməkdə” ittiham edib və onun törətdiyi cinayətlərə görə mühakimə olunmalı olduğunu bildirib.

Bu sərt açıqlamanın səbəbi isə Şamanovun Çeçenistanda bir neçə şəhər və kazak stanitsalarının adlarının dəyişdirilməsi təşəbbüsünü tənqid etməsi olub.

Kadırovun sözlərinə görə, “respublika hər gün daha yaxşıya doğru dəyişir, lakin bundan narazı qalan insanlar var, o cümlədən federal mərkəzdə”. O, əlavə edib:

“İndi, Çeçen Respublikasında Şelkovskaya və Naurskayanın adlarını dəyişməyə başlayanda, səsini qaldıran iyrənc alçaq Şamanov oldu. O, törətdiyi cinayətlərə görə tribunala göndərilməlidir”.

Kadırov Şamanovu “çecen xalqına qarşı ən qəddar general” adlandırıb, onun “kişiləri meydanlara çıxarıb güllələdiyini” iddia edib və bu əməllərin “nəhayət özünə qarşı çevriləcəyini” deyib.

Çıxışı zamanı Kadırov həm də Çeçenistanda məntəqələrin adları məsələsinə toxunub. O, Groznı şəhərinin adını 1818-ci ildə general Aleksey Yermolov tərəfindən salınmış Qroznaya qalasından aldığını xatırladıb. Kadırov deyib ki, 2000-ci ildə paytaxtın Qudermesə köçürülməsi müzakirə olunub, lakin birinci prezident Əhməd Kadırov buna qarşı çıxıb. Onun ölümündən sonra Groznının adının Əhməd Kadırovun şərəfinə dəyişdirilməsi təklif olunub, lakin Ramzan Kadırov özü bu təşəbbüsü rədd edib.

“Mən o vaxt bildirdim ki, bu təkliflə razı deyiləm, çünki Əhməd-Hacının sözlərini və iradəsini xatırlayırdım. Biz o zaman tarixi dəyişmədik, indi də dəyişmirik”, — deyə Kadırov vurğulayıb.

Kateqoriyalar