N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

"Ağ Ev": "ABŞ NATO-ya silah satmağa və onun Ukraynaya çatdırılmasına davam edəcək"

02-oktyabr-2025
Admin
"Ağ Ev": "ABŞ NATO-ya silah satmağa və onun Ukraynaya çatdırılmasına davam edəcək"
Yazı Ölçüsü:
Amerika Birləşmiş Ştatlar NATO ölkələrinə silah satmağı davam etdirəcək ki, alyans bu silahları Ukraynaya ötürə bilsin.
"PostMedia" xəbər verir ki, bunu "Ağ Ev"in mətbuat katibi Kerolayn Livitt "Fox TV"yə müshibəsində deyib.
Mətbuat katibinin sözlərinə görə, ABŞ Prezidenti bunu dəfələrləbəyan edib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, administrasiya Tomahawk qanadlı raketlərinin digər NATO ölkələrinə verilməsi və onların sonradan Kiyevə ötürülməsi imkanını müzakirə edir. Yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə VGTRK telekanalının jurnalisti Pavel Zarubinə şərhində qeyd edib ki, əgər həqiqətən də ABŞ-ın "Tomahawk" raketləri Kiyevə çatdırılarsa, bu, Ukrayna münaqişəsində gərginliyin yeni və ciddi mərhələsi olacaq və Moskvanın adekvat cavabını tələb edəcək.
Kateqoriyalar