N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin: "Rusiya Trampın Qəzza ilə bağlı təklifini dəstəkləməyə hazırdır"

02-oktyabr-2025
Admin
Putin: "Rusiya Trampın Qəzza ilə bağlı təklifini dəstəkləməyə hazırdır"
Yazı Ölçüsü:
Rusiya prezidenti ABŞ lideri Donald Trampın Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı təklifini dəstəkləməyə hazır olduğunu bildirib.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Vladimir Putin “Valday” plenar sessiyasında çıxışı zamanı rəsmi Moskvnın hər zaman iki ayrı dövlətin yaradılmasının tərəfdarı olduğunu açıqlayıb.
“Qəzzə ilə bağlı prezident Trampın təklifinə gəlincə, ümumilikdə Rusiya bunu dəstəkləməyə hazırdır. Əlbəttə ki, bu hər zaman dediyimiz son məqsədə yəni iki dövlətin yaradılmasına gətirib çıxaracaqsa biz təklifləri diqqətlə nəzərdən keçirməliyik", – deyə Putin vurğulayıb.
O qeyd edib ki, məhz bu addım “Fələstin-İsrail münaqişəsinin qəti həllinin” əsas şərtidir.
Qeyd edək ki, "Ağ Ev" daha əvvəl Qəzza zolağındakı münaqişənin həlli planını dərc edib. Sənəddə hərbi əməliyyatların tam dayandırılması, həmçinin HƏMAS tərəfindən saxlanılan girovların 72 saat ərzində azad olunması nəzərdə tutulur.
Bundan əlavə, sənəddə bölgənin keçid dövründə xarici idarəetməyə verilməsi təklif olunub. Enklavda yaşayan sakinlərə isə həm buranı tərk etmək, həm də geri qayıtmaq imkanı veriləcək.
Kateqoriyalar