N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İlham Əliyev Kopenhagendə Nikol Paşiyanla görüşüb - YENİLƏNİB

02-oktyabr-2025
Admin
İlham Əliyev Kopenhagendə Nikol Paşiyanla görüşüb - YENİLƏNİB
Yazı Ölçüsü:

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

"PostMedia" xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

----------------------------------------------------------------------------------------

Kopenhagendə Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Danışıqların detalları hələlik rəsmi olaraq açıqlanmayıb. Gözlənilir ki, tərəflər regional təhlükəsizlik məsələlərini, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin sülh sazişinin imzalanması ehtimalını müzakirə ediblər.

Kateqoriyalar