Rusiya ilə Ukrayna arasında davam rdən müharibənin iki mümkün sonuvarı var — “Fin tipli” və ya Ermənistan-azərbaycan tipli”.
“PostMedia” xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitro Kuleba “Obozrevatel” nəşrinə müsahibəsinrə bildirib.
Kulebanın sözlərinə görə, Ukrayna bu müharibədən dövlət olaraq sağ çıxacaq, daha güclü və daha dözümlü olacaq, siyasi və tarixi baxımdan isə Qərbə — 300 il əvvəl onlardan alınmış yerlərə məxsus olmayan və hüquqi tanınma itkisi ilə bağlı mürəkkəb vəziyyətə qayıdacaq. Bundan sonra hadisələrin iki cür inkişafı mümkündür.
Birinci ssenari — şərti olaraq Fin və ya Danimarka modeli. XIX əsrdə Danimarka Şlezviq və Holşteyni (Prusiyanın sərhədlərində böyük ərazi) itirmişdi və ölkə bununla barışaraq mövcud sərhədləri daxilində uğurlu dövlət qurdu. Finlandiya isə Sovet İttifaqına məğlub oldu, amma qəbul edib mövcud sərhədlər daxilində ölkə inşa etdi”.
Kuleba vurğulayıb ki, o, bu ssenarini dəstəkləmir, sadəcə tarixi nümunə kimi misal çəkir.
“İkinci ssenari — Ermənistan-Azərbaycan tipli yol: itirilmiş torpaqları ya hərbi hazırlıqla, ya da diplomatik yolla geri qaytarmağa çalışmaq.
Bu, on illər aparacaq və imkan yaranan vaxtı gözləməyi tələb edəcək”.
Kuleba qeyd edib ki, Ukrayna gözlənildiyindən daha güclüdür və qeyri-mümkün heç nə yoxdur. Əsas sual odur ki, hansı tərəf atəşkəsdən sonra vaxtı daha səmərəli istifadə edəcək.