6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan: "Türkiyə Suriyanın birliyinin pozulmasına bir daha imkan verməyəcək"

01-oktyabr-2025
Ərdoğan: "Türkiyə Suriyanın birliyinin pozulmasına bir daha imkan verməyəcək"
Yazı Ölçüsü:
"Türkiyə Suriyanın sabitliyinin pozulmasına, ərazi bütövlüyünə təhdidlərə və terrorçu qurumların yaranmasına daha imkan verməyəcək".
"PostMedia" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Suriyanın bölünməsi ilə bağlı istənilən bəyanatların qəti əleyhinəyik. Suriyanın ərazi bütövlüyünün qorunması, sərhədlərimizdən kənarda hər hansı terrorçu təşkilatların formalaşmasının qarşısının alınması bizim əsas prioritetimizdir. Bu məqsədlərə çatmaq üçün bütün diplomatik kanalları işə salmışıq. Bu kanallardan səbrlə, səmimiyyətlə və sağlam düşüncə mövqeyindən istifadə edirik. Əgər diplomatik təşəbbüslər cavabsız qalarsa, Türkiyənin mövqeyi və atacağı addımlar hamıya bəllidir. Türkiyə Suriyada déjà vu vəziyyətinin təkrarına imkan verməyəcək”, — deyə Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031