Sentyabrın 30-da Varşavada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.
“PostMedia” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Tərəflər bir sıra məsələləri, o cümlədən Ermənistan–Polşa əməkdaşlığı, Ermənistanın Aİ-yə üzvlük məsələsini müzakirə ediblər.
Ermənistan XİN rəhbəri həmkarına avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar barədə məlumat verib, xüsusilə sülhün təsdiqlənməsinin regionda sabit inkişaf və kommunikasiyaların açılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
