N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Pentaqon silah satışında islahatlara başlayır

30-sentyabr-2025
Admin
Pentaqon silah satışında islahatlara başlayır
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Pentaqonun yaxın vaxtlarda xaricə silah satışını sürətləndirmək və hərbi satınalmaları optimallaşdırmaq üçün genişmiqyaslı islahatlara başlayağını bildirib.
"PostMedia" xəbər verir ki, bir çox ölkələrin Amerika silahını almaq istədiyini, lakin istehsal və çatdırılma prosesinin çox vaxt apardığını qeyd edib.
Tramp bildirib ki, yeni islahatlar Pentaqonun rəhbəri Pit Hegset tərəfindən elan ediləcək. Məqsəd həm hərbi texnikanın ixracında bürokratik maneələri aradan qaldırmaq, həm də ABŞ-ın silah bazarında üstünlüyünü möhkəmləndirməkdir. Prezident vurğulayıb ki, bu dəyişikliklər ABŞ-ın müttəfiqlərinə dəstəyini artıracaq və ölkənin müdafiə sənayesinə əlavə investisiyalar cəlb edəcək.
Kateqoriyalar