N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan "Zəngəzur dəhlizi" terminindən istifadə edilməməsini istəyir

30-sentyabr-2025
Turan Hüseynli
Paşinyan "Zəngəzur dəhlizi" terminindən istifadə edilməməsini istəyir
Yazı Ölçüsü:
Ermənitanın Baş naziri Nikol Paşinyan "Zəngəzur dəhlizi" terminindən istifadə edilməməsini istəyir.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, o, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı deputatlardan birinin həmin ifadəni işlətməsinə cavab olaraq deyib.
Ermənistan rəsmisi qeyd edib ki, rəsmi Bakı və Yerevan arasında imzalanmış sənəddə belə bir ifadə yoxdur.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə keçirilən üçtərəfli görüşün yekununda Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə Yerevan arasında sülhün təmin olunması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) adını alıb.
Kateqoriyalar