İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai bildirib ki, ABŞ və “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya, Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək üçün işə saldığı “snapback” mexanizmi hüquqi qüvvəyə malik deyil.
"PostMedia" xəbər verir ki, o, Təhlükəsizlik Şurasının 15 üzvündən 6-sının sanksiyaların bərpasına qarşı çıxmasını, qurum daxilində parçalanmadan xəbər verirdiyini qeyd edib.
Baqai əlavə edib ki, 2231 saylı qətnamənin müddəti 18 oktyabr 2025-ci ildə başa çatacaq və bu, sənədin özündə də açıq göstərilib.
Rusiya da Avropa ölkələrinin mövqeyini dəstəkləməyərək snapback mexanizmini “qanunsuz” adlandırıb.