N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Orban Trampa cavab verdi: “Macarıstan suveren dövlətdir və qərarlarını özü qəbul edir”

26-sentyabr-2025
Turan Hüseynli
Orban Trampa cavab verdi: “Macarıstan suveren dövlətdir və qərarlarını özü qəbul edir”
Yazı Ölçüsü:
Macarıstan suveren dövlətdir və qərarları müstəqil şəkildə qəbul etmək hüququna malikdir.
"PostMedia" xəbər verir ki, bu barədə respublikanın baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində bildirib.
Beləliklə, o, ABŞ prezidenti Donald Trampın Budapeşti Rusiyadan neft alımından imtina etməyə inandıracağına dair açıqlamasına cavab verib.
“Başa düşürəm ki, ABŞ böyük dövlətdir, Macarıstan isə kiçik. Amma bir cəhətimiz ortaqdır, hər iki ölkə suveren dövlətdir”, – deyə Orban qeyd edib.
Baş nazir vurğulayıb ki, Budapeştin də, Vaşinqton kimi, öz maraqları var və Macarıstan bu maraqları açıq şəkildə ifadə edir.
“Əgər biz yaxşı münasibətlərdə olsaq, yəni dost olsaq, bir-birimizi dinləyərik. Amma sonda hər kəs öz bildiyini edəcək”, – deyə Orban əlavə edib.
Xatırladaq ki, sentyabrın 23-də ABŞ lideri Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransı keçirib. Orada Tramp Macarıstanın Rusiyadan neft idxalını dayandıracağına ümid etdiyini bildirib.
Daha sonra Macarıstanın xarici işlər naziri Peter Siyyarto bəyan edib ki, ölkə Rusiya ilə enerji daşıyıcılarının tədarükü sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.
Bundan əvvəl isə Avropa İttifaqında Rusiyadan Macarıstan və Slovakiyaya neft idxalına rüsum tətbiq etmək təklif olunmuşdu.
Kateqoriyalar