N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya İrana 5 yeni atom elektrik stansiyası tikəcək

26-sentyabr-2025
Turan Hüseynli
Rusiya İrana 5 yeni atom elektrik stansiyası tikəcək
Yazı Ölçüsü:

İran Atom Enerjisi Təşkilatı ilə Rusiya nümayəndə heyəti ilə aparılan danışıqlar nəticəsində Buşəhr stansiyasından daha böyük beş nüvə elektrik stansiyasının inşası barədə razılıq əldə olunub.

"PostMedia" İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvandi deyib.

Razılaşmanın Moskvada keçirilən “Atom Ekspo 2025” sərgisində — Rusiyanın Dünya Atom Həftəsi çərçivəsində etdiyi əldə edildiyi bildirilib.

O, Rusiyanın İrana ölkənin cənubunda yerləşən Büşəhr Atom Elektrik Stansiyasının inşasında göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirib və həmin stansiyanın beynəlxalq standartlara tam cavab verdiyini söyləyib.

Kamalvandi əlavə edib ki, Rusiyada iranlı nüvə nümayəndə heyətinin keçirdiyi danışıqlar zamanı “xüsusən də 1 200 meqavat gücə malik, Buşəhrdən daha böyük elektrik stansiyalarının tikintisi üzrə razılıq əldə olunub. Bu layihəyə ümumilikdə dörd blok daxildir və onların gücü təxminən 5 000 meqavat olacaq”.

Rusiya rəsmilərinin sözlərinə görə, Dünya Atom Həftəsi 2025 nüvə sənayesi sahəsində ən böyük beynəlxalq toplantıdır və Rusiyanın nüvə sənayesinin 80 illiyi ilə üst-üstə düşür. Tədbirdə Prezident Vladimir Putin çıxış edib. Həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi də iştirak edib və Rusiya prezidenti ilə görüş keçirib.

Kateqoriyalar