“PostMedia” xəbər verir ki, bunu Ukrayna lideri “Axios”a müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, atəşkəs rejimi təmin olunacağı halda seçkilərin keçirilə biləcəyini istisna etməyib.
O qeyd edib ki, müharibə dayandırılacağı təqdirdə belə bir “imkan” yarana bilər.
“Əgər biz ruslarla müharibəni bitirsək, mən seçkilərdə iştirak etməməyə hazıram. Çünki bu, mənim məqsədim deyil”, – Zelenski bildirib.
Qeyd edək ki, Rusiya hakimiyyəti Zelenskini legitim prezident hesab etmir və onunla danışıqlar aparılmasını şübhə altına alır. ABŞ lideri Donald Tramp isə bu mövqeyi “pozuculuq” adlandırıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
