Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
"PostMedia" xəbər verir ki, bu barədə Makron özünün X sosial şəbəkə hesabında qeyd edib.
Göüş zamanı Fansa Prezidenti İRanda həbs edilən Fransa vətəndaşlarının azad olunmasını istəyib.
O, həmçinin vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır.
Fransa, Almaniya və Birləşmiş Krallıq birgə olaraq, İranın nüvə öhdəliklərinə əməl etməməsi səbəbindən "Snapback" mexanizmini (donduulmuş sanksiyaların geri şamil edilməsi) işə salmağa qərar verib. Bu mexanizm İrana qarşı sanksiyaların yenidən tətbiqinə imkan verir.
E.Makron qeyd edib ki, İranla bağlı kompromisə gedilməyəcək tələblər bir daha diqqətə çatdırılıb.
Bura əasən İranın bütün nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) müfəttişlərinin tam girişi təmin edilməsi, zənginləşdirilmiş material ehtiyatları barədə şəffaflıq təmin olunması və danışıqlar dərhal bərpa olunması məsələləri daxildir.
Fransa Prezidenti bildirib ki, razılaşma hələ mümkündür və İrana qarşı qoyulan şərtlərə cavab vermək üçün yalnız bir neçə saat qalıb.
“Bu bütün bunlar regionun təhlükəsizliyi və dünya sabitliyi üçün vacibdir”.