N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Peskov: “Putin Zelenski ilə görüşməyə hazırdır”

24-sentyabr-2025
Turan Hüseynli
Peskov: “Putin Zelenski ilə görüşməyə hazırdır”
Yazı Ölçüsü:

Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyə hazırdır.

PostMedia” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Lakin o, qeyd edib ki, belə bir görüş ciddi hazırlıq aparılmadan yalnız “uğursuzluğa məhkum PR aksiyası” ola bilər.

Zelenskiyə Moskvada görüş təklifinə münasibət bildirən Peskov deyib ki, əgər dialoqa açıqdırsa, niyə gəlməsin?!

Onun sözlərinə görə, cəbhədəki dinamika danışıqlardan yayınanların mövqelərinin yaxın vaxtlarda daha da zəifləyəcəyini göstərir.

Trampın “Rusiya kağızdan olan pələngdir” sözlərinə cavab olaraq isə Peskov qeyd edib ki, Rusiya ayı ilə assosiasiya olunur, kağız ayılar isə mövcud deyil.

O, əlavə edib ki, Xüsusi Hərbi Əməliyyat ayrı məsələdir, lakin Rusiyanın ətrafında baş verənlər əsl müharibədir və bu müharibədə qələbə qazanmaq lazımdır.

Peskovun sözlərinə görə, Putin və Tramp bir-birinə “sən” deyə müraciət edir və isti münasibətlər saxlayırlar. Hazırda liderlər arasında telefon danışığı planlaşdırılmayıb, amma qısa zamanda təşkil oluna bilər.

Mətbuat katibi vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Putinin sülh prosesinə açıq olduğunu yaxşı görür.

Kateqoriyalar