N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putin ABŞ-yə status-kvonu qorumağı təklif edib

22-sentyabr-2025
Turan Hüseynli
Putin ABŞ-yə status-kvonu qorumağı təklif edib
Yazı Ölçüsü:

Putin ABŞ-yə Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi sayəsində formalaşmış status-kvonu qorumağı təklif edib.

PostMedia” xəbər verir ki, prezident müqavilənin mirasından tamamilə imtinanın səhv addım olacağını qeyd edib.

Onun sözlərinə görə, ABŞ də analoji addımı atarsa Rusiya 5 fevral 2026-cı ildə müqavilənin müddəti başa çatdıqdan sonra da ona riayət etməyə hazırdır.

Rusiya lideri həmçinin qeyd edib ki, strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir. Qərbin fəaliyyəti nüvə dövlətləri arasında konstruktiv münasibətlərin əsaslarını sarsıdıb. Rusiya dəfələrlə xəbərdarlıq etsə də, təşəbbüslərinə aydın reaksiya verilməyib.

Putinin sözlərinə görə, Rusiya mümkün təhlükələrə hərbi qüvvə ilə cavab verməyə hazırdır.

Orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə qoyulan moratoriumdan imtina məcburi addımdır.

O, Rusiyanın silahlanma yarışında maraqlı olmadığını və ABŞ-nin raketdən müdafiə sistemlərini genişləndirməsi, o cümlədən kosmosda tutucu vasitələrin yerləşdirilməsinə hazırlıq prosesi diqqətlə izlənməli olduğunu əlavə edib.

Kateqoriyalar