N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan İsrailə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə çağırış edib

15-sentyabr-2025
Türkan Nəbi
Ərdoğan İsrailə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə çağırış edib
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə çağırış edib

"PostMedia" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili iqtisadi cəhətdən məhdudlaşdırmaq lazım olduğunu bəyən edib. O bildirib ki, İsrail bölgədə sabitliyi pozan addımlarını davam etdirəcək, buna görə də ona qarşı iqtisadi məhdudiyyətlər tətbiq olunmalıdır. Onun sözlərinə görə, bunu həyata keçirmək üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏƏL) kifayət qədər imkanı var.

“Biz İsrailə qarşı sanksiyaları sərtləşdirməliyik. İsrailli rəsmiləri məsuliyyətə cəlb etmək üçün beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməlidir. Qəti cavab və sanksiyalar olmadıqca, İsrail işğal və gərginlik siyasətini davam etdirəcək. Ona görə də əməkdaşlığımızı gücləndirməliyik. Xüsusən də müdafiə sənayesində özümüzü təmin etmək çox vacibdir”, – deyə Ərdoğan Dohada İƏT və ƏƏL-in fövqəladə sammitində çıxışında söyləyib.

Ərdoğan əlavə edib ki, Türkiyə artıq bir ildən çoxdur İsraillə bütün ticarəti dayandırıb və bu addımın effektivliyi sübuta yetib. O, həmçinin BMT Beynəlxalq Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırımı iddiasının dəstəklənməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, mübarizə yalnız 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılana qədər davam edəcək. “Biz deportasiyaya, soyqırıma və ya parçalanmaya imkan verə bilmərik. Sammitdə qəbul etdiyimiz qərarlar İsrailin təhdidini aradan qaldırmaq üçün yeni addımlara səbəb olmalıdır”, – deyə Ərdoğan bildirib.

Kateqoriyalar