N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Fransa Polşaya 3 ədəd "Rafale" qırıcıları verib

11-sentyabr-2025
Turan Hüseynli
Fransa Polşaya 3 ədəd "Rafale" qırıcıları verib
Yazı Ölçüsü:

Fransa 10 sentyabrda pilotsuz uçuş aparatlarının hava məkanını pozmasından sonra Polşaya Rafale qırıcıları göndərib.

"PostMedia" xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" hesabında məlumat verib.

“Polşanın hava məkanını və NATO-nun şərq cinahını müttəfiqlərimizlə birlikdə qorumaq üçün üç Rafale qırıcısından istifadə etmək qərarı verdim,” — deyə o yazıb.

Makron həmçinin əlavə edib ki, “Avropa qitəsinin təhlükəsizliyi bizim əsas prioritetimizdir” və Aİ “Rusiyanın artan hədələmələrinə boyun əyməyəcək.”

Polşa 10 sentyabrda ölkə ərazisində bir neçə dronun məhv edildiyini bildirib. Baş nazir Donald Tusk həmin PUA-ların Rusiyaya məxsus olduğunu açıqlayıb.

NATO-nun baş katibi Mark Rutte və alyansa daxil olan ölkələrin liderləri də dronların Polşaya gəlməsində Rusiyanı günahlandıraraq bunu “dəliqanlı addım” adlandırıblar. Bloomberg yazır ki, NATO dronların Polşaya daxil olmasından sonra hərbi cavab hazırlayır.

Rusiya Müdafiə Nazirliyi isə vurğulayıb ki, Polşa ərazisində hədəflərin vurulması planlaşdırılmayıb və zərbələr üçün istifadə edilən rus PUA-larının uçuş məsafəsi maksimum 700 km-dən artıq deyil. Qurum əlavə edib ki, Polşa Müdafiə Nazirliyi ilə “dronların uçuşu məsələsi” üzrə məsləhətləşmələr aparmağa hazırdır.

Kateqoriyalar