N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Prezident İlham Əliyevlə görüşən britaniyalı nazir təəsüratlarını paylaşdı

27-avqust-2025
Türkan Nəbi
Prezident İlham Əliyevlə görüşən britaniyalı nazir təəsüratlarını paylaşdı
Yazı Ölçüsü:

“Azərbaycandan yeni qayıtmışam. Burada mən şəxsən Prezident İlham Əliyevi Ermənistanla sülh müqaviləsi istiqamətində əldə olunan tarixi irəliləyiş münasibətilə təbrik edə bildim”.

PostMedia” xəbər verir ki, bunu 2 gün öncə Azərbaycana səfəri çərçivəsində Ölkə başçısı İlham Əliyevlə görüşən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti özünün “X” hesabında qeyd edib.

Nazirin sözlərinə görə, ölkəsi Azərbaycana dəstəyini davam etdirməyə hazırdır:

“Azərbaycanın dostu və tərəfdaşı kimi Böyük Britaniya regionda davamlı sülhün bərqərar olmasına dəstək verməyə və əlaqələrimizi daha da dərinləşdirməyə hazırdır.

Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru olmaqla yanaşı, sıx tərəfdaşlığımız Avropanın enerji təhlükəsizliyinə birbaşa dəstək verir.

Həmçinin, mən xarici işlər nazirinin müavini Fariz Rzayev ilə birlikdə 6-cı Strateji Dialoqa həmsədrlik etdim. Dialoqda iqtisadi və təhlükəsizlik sahələrində strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə diqqət yetirildi”.

Kateqoriyalar