Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi qərara əsasən, Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri yenidən müəyyən edilib.
“PostMedia”nın məlumatına görə, bu qərar “Resmi Gazete”də yayımlanıb.
Sərəncama uyğun olaraq, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini yerinə yetirən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tərkibindəki 1-ci Ordunun komandanı vəzifəsinə təyin olunub.
Xatırlatma üçün, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi təqdim edilib.
O, 2022-ci ildən bu yana Azərbaycan müdafiə nazirinin müşaviri olaraq fəaliyyət göstərir.