6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq

07-avqust-2025
Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.

"PostMedia" "Report"a istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.

Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.

Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.

Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031