23°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Viktor Orban: “Ukraynanın Aİ və NATO-ya üzvlüyü mümkün deyil”

12-iyn-2025
Turan Hüseynli
Viktor Orban: “Ukraynanın Aİ və NATO-ya üzvlüyü mümkün deyil”
Yazı Ölçüsü:

Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyü mümkünsüz olduğunu hesab edir.

PostMedia” xəbər verir ki,o bunun adıçəkilən təşkilatların nüfuzu baxımından da əhəmiyyət kəsb etdiyini qeyd edib:

"Bu addım həm Aİ-nin mövcud formasının dağılması ilə, həm də NATO ilə Rusiya arasında birbaşa münaqişə riski ilə nəticələnə bilər".
Orban bu fikirləri iqtidarda olan "Fides – Macar Vətəndaş İttifaqı" partiyasının fəalları ilə qapalı görüşdə səsləndirib. Görüşün detalları hökumətyönlü Magyar Nemzet qəzeti tərəfindən yayılıb.
"Ukraynanın Avropa İttifaqına tələsik üzv qəbul olunması yeni kreditlər deməkdir. Ukraynanın pulu yoxdur, deməli, Avropa ölkələri ukraynalıların pensiyalarını, dövlət qulluqçularının maaşlarını və ordunu maliyyələşdirməli olacaqlar. Bu isə Aİ-nin indiki formasının sonu deməkdir", – deyə Orban bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü alyansla Rusiya arasında daimi müharibə təhlükəsi yarada bilər: "Ukrayna NATO üzvü ola bilməz, çünki bu, NATO ilə Rusiya arasında daimi müharibə təhdidi deməkdir."
Qeyd olunur ki, Orban bu açıqlamaları “Döyüş Klubu” adlı sosial şəbəkə icmasının üzvləri ilə görüş zamanı verib. Bu qrup 2026-cı ildə Macarıstanda keçiriləcək parlament seçkiləri öncəsi Fides partiyasına dəstək məqsədilə yaradılıb. Ad, məşhur "Fight Club" (1999) filmindən ilhamlanaraq götürülüb.

Kateqoriyalar