23°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran Nüvə Müqaviləsindən çıxmağa hazırlaşır

12-iyn-2025
Türkan Nəbi
İran Nüvə Müqaviləsindən çıxmağa hazırlaşır
Yazı Ölçüsü:

İranın Milli Təhlükəsizlik Komitəsinin üzvü Vahid Əhmədi MAQATE İdarə Heyətinin anti-İran qətnaməsi İslam Respublikasını Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirməyə məcbur edildiyini bildirib.

"PostMedia" bu barədə Parlamentə bağlı informasiya agentliyinin yaydığı məlumata istinadən xəbər verir:
"MAQATE İdarə Heyətinin atdığı addımları nəzərə alaraq, İran İslam Respublikasının agentliklə əməkdaşlığını yenidən gözdən keçirməsi və NPT-dən çıxmağı nəzərdən keçirməsi zəruridir”.
O, bildirib ki, MAQATE tərəfindən qəbul edilmiş qətnamədə İranın nüvə silahlarının yayılmaması üzrə öhdəlikləri pozduğu iddia olunur. Tehranın bu qətnaməni siyasi və qərəzli hesab etdiyi vurğulanır.
Qeyd edək ki, İran hazırda MAQATE ilə əməkdaşlıq edən, lakin bir neçə ildir nüvə proqramı ilə bağlı beynəlxalq mübahisələrin mərkəzində olan ölkələrdən biridir. Bu bəyanat isə ölkənin müqavilədən çıxmaq ehtimalını açıq şəkildə gündəmə gətirən ilk rəsmi siqnallardan biri kimi qiymətləndirilir.

Kateqoriyalar